Qumbara ilə özünü və düşməni partladan rejissor – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
1992-ci il iyunun 30-da Ağdərə şəhəri uğrunda döyüşlər zamanı qəhrəmancasına
həlak olan rejissor Vaqif Əhmədovun doğum günüdür.
Baku TV şəhid rejissor haqqında reportaj hazırlayıb.
Tələbə yoldaşı ilə bağlı xatirələrini bölüşən Əməkdar artist Dilarə Əliyeva
bildirib ki, Vaqif tələbəlik dövründə öz istedadı ilə hamıdan fərqlənib:
“Söhbətlərimiz olurdu. Mən ona böyük heyranlıqla qulaq asırdım. Vaqif mənim
gözümdə gələcəyin ən böyük rejissoru idi”.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli isə V.Əhmədovun cəbhəyə
yollanmasından bəhs edib:
“Xocalı faciəsindən sonra bizə gəlmişdi. Valideynlərimlə görüşdü. Dedilər ki,
sən rejissorsan, cəbhən başqadır, müharibəyə getmə. Vaqif isə dedi ki,
Xocalıdan sonra mən rejissorluq edə bilərəm. Qisas almalıyam ki, içim soyusun”.
Şəhidin döyüş yoldaşı Rövşən Zülfüqar isə onun qəhrəmanlığından danışıb:
“Qəlpə yarası almışdı. Qumbarasını əlində hazır vəziyyətdə saxlamışdı. Düşmən
onu əsir götürməyə gələn zaman qumbaranı partladaraq özü ilə birlikdə onların
da həyatına son qoydu”.
Ətraflı süjetdə: