56ea409e-1254-46ca-9de7-f261cc87b9a8..jpg

Quqeşaşvili də gedir – “Qalatasaray”la oyunda “Qarabağ”ın qapısını kim qoruyacaq?

Baxış sayı: 938 dəfə baxılıb.

Quqeşaşvili də gedir – “Qalatasaray”la oyunda “Qarabağ”ın qapısını kim
qoruyacaq?

“Qarabağ”ın qapıçısı Luka Quqeşaşvili Gürcüstan millisinə dəvət alıb.

Cixisyolu.com xəbər verir ki, komandanın baş məşqçisi Villi Sanyol Monqolustana qarşı
yoldaşlıq və Norveçlə AVRO-2024-ün seçmə mərhələ oyunları üçün ona da ehtiyac
duyub.

Hazırda “Qarabağ”ın martın 26-da “Qalatasaray”a qarşı keçirəcəyi xeyriyyə
oyununda qapını kimin qoruyacağı müzakirə mövzusudur. Zədəli Şahruddin
Məhəmmədəliyevin yoxluğunda baş məşqçi Qurban Qurbanov məhz gürcü qolkiperə
güvənirdi. İndi isə yalnız 3-cü qapıçı Amin Ramazanov düşərgədə olacaq. Ağdam
klubu “Qalatasaray” qarşısına ya təcrübəsiz Ramazanovla çıxacaq, ya da digər
klublardan kimisə götürmək məcburiyyətində qalacaq.

Əslində yerli komandaların qapıçılarından üçünün milli komandaya dəvət
olunacağını nəzərə aldıqda, bu baxımdan da “Qarabağ”ın çox seçimi qalmır.
Üstəlik onu da vurğulamaq lazımdır ki, “Neftçi”nin baş məşqçisi Laurentsiu
Regekampf bu matç üçün heç bir oyunçusunu Ağdam klubuna verməyəcəyini açıqlayıb.

Martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Qalatasaray”
oyunu saat 20:00-da start götürəcək.

Faiq Tahirov

Source link