fb80abb7-8b88-439e-94e9-4cf7b1ebefe1..jpg

Quranı yandırmaqla hədələyən isveçli fəalın Britaniyaya girişi qadağan edildi

Baxış sayı: 891 dəfə baxılıb.

Quranı yandırmaqla hədələyən isveçli fəalın Britaniyaya girişi qadağan edildi

Böyük Britaniya İngiltərənin şimalında yerləşən Ueykfilddə Quranı yandırmaqla
hədələyən İsveçin ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludanın
ölkəyə girişinə qadağa qoyub.

Bu barədə Böyük Britaniyanın daxili işlər nazirinin müavini Tom Tugendhat
İcmalar Palatasında (parlamentin aşağı palatası) çıxışı zamanı bildirib:

“Paludan hüquq-mühafizə orqanlarının müşahidə siyahısına əlavə edilib. Onun
ölkəyə daxil olmasına icazə verilməyəcək”.

Yanvarın 21-də Paludanın Türkiyənin Stokholmdakı diplomatik nümayəndəliyi
qarşısında Quranı açıq şəkildə yandırması Türkiyə ilə İsveç arasında
münasibətlərin gərginləşməsinə səbəb olub. Siyasətçi Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanı tənqid edib və Məhəmməd peyğəmbərin karikaturasını nümayiş
etdirib. Ərdoğan bildirib ki, Stokholmdakı bir sıra anti-Türkiyə aksiyalarından
sonra İsveç Ankaradan NATO-ya üzvlük müraciətini dəstəkləyəcəyini
gözləməməlidir.

Mənbə: The Daily Telegraph

Source link