51933354-c7aa-4caa-adc0-8d5c894fe023..jpg

Qurban Qurbanov 700-ə qələbə ilə çatdı

Baxış sayı: 908 dəfə baxılıb.

Qurban Qurbanov 700-ə qələbə ilə çatdı

Qurban Qurbanov baş məşqçi karyerasında 700-cü oyununu keçirib.

Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, 51 yaşlı mütəxəssisin yubileyi
Azərbaycan Premyer Liqasının XXV turuna təsadüf edib. Onun rəhbərlik etdiyi
“Qarabağ” səfərdə “Qəbələ”yə 3:1 hesabı ilə qalib gəlib.

Qəbələdəki qarşılaşma Qurbanovun bütün komandalarda və turnirlərdə ümumilikdə
700-cü matçı kimi tarixə düşüb. Burada cəza və ya digər səbəbdən texniki
zonadan deyil, kənardan yetirmələrinə rəhbərlik etdiyi görüşlər də nəzərə
alınıb.

Qurbanov baş məşqçi karyerasına 2006-cı ilin yayında başlayıb. O, karyerası
ərzində üç komandaya rəhbərlik edib. Qurbanov “Qarabağ”dan başqa, “Neftçi”də
38, Azərbaycan millisində 12 oyunda iş başında olub.

“Qəbələ” ilə qarşılaşma həm də “Qarabağ”ın sükanı arxasında 650-ci qarşılaşma
olub. Mütəxəssis 2008-ci ilin yayından baş məşqçisi olduğu Ağdam klubunu səfər
matçınadək 649 matça çıxarmışdı.

Qurbanovun baş məşqçi kimi debütü 2006-cı il avqustun 6-da reallaşıb. Onun
rəhbərlik etdiyi “Neftçi” “Gənclərbirliyi” ilə ev oyununda 6:1 hesabı ilə qalib
gəlib. Mütəxəssis bundan 2 il 3 gün sonra “Qarabağ”da debüt edib. Ağdam klubu
səfərdəki çempionat matçında “Bakılı”ya qalib gəlib – 2:1.

Source link