“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verir.
ÇıxışYolu.Com xəbər verir ki, bu barədə jurnalistlərə Qurbanov özü bildirib.
O deyib ki, bir dəfə komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Q.Qurbanov bütün diqqətini klubuna yönəltmək istədiyini və fevral-mart aylarında keçiriləcək AFFA-nın İcraiyyə Komitəsində istefa verəcəyini bildirib.
Xatırladaq ki, Qurban Qurbanov bu gün Azərbaycan millisinin baş məşqçisi postundan istefa verib.