71fcd374-0ea8-4211-8a3b-9eadb821defc..jpg

Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub

Baxış sayı: 779 dəfə baxılıb.

Qurban Qurbanov Almaniya və İtaliya klublarının baş məşqçilərini arxada qoyub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, planetin 500 ən güclü mütəxəssisi sırasında yer alan
yeganə azərbaycanlı məşqçi Qurban Qurbanovun mövqeyi dəyişib.

“Qarabağ”ın baş məşqçisi dünya reytinqində 134-cü yerə yüksəlib. 1 671 xala
malik 52 yaşlı mütəxəssis dörd pillə irəliləyib. O, Markus Qisdol
(“Samsunspor”, Türkiyə), Davide Bellardini (“Sassuolo”, İtaliya), Pelleqrino
Matarazzo (“Hoffenhaym”, Almaniya) və Yess Torupu (“Auqsburq”, Almaniya) arxada
qoyub.

“Neftçi”nin monteneqrolu baş məşqçisi Miodraq Bojoviç 1 616 xalla siyahıda
195-cidir. O, ötən siyahıdakı mövqeyini qoruyub.

Qeyd edək ki, cədvələ 2 230 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep
Qvardiola başçılıq edir.

Source link