“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE klubuna qarşı keçirdikləri cavab oyununu (1:1, ilk oyun 0:1) şərh edib.
ÇıxışYolu.Com xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı deyib:
“BATE klubunu növbəti mərhələyə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Hər iki oyunda çox intizamlı komanda olduğunu göstərdilər.
Futbolçularımdan razı qaldım, son ana qədər mübarizə apardılar. Hakimlik haqqında heç vaxt danışmıram. Artıq bu oyunu unudub, Avroliqanın pley-offu haqqında fikirləşməliyik”.