Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov yığmanın heyətini açıqlayıb.
ÇıxışYolu.Com-ın xəbərinə görə, baş məşqçi milliyə 24 futbolçu cəlb edib.
Qapıçılar: Kamran Ağayev (“Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi “Neftçi”);
Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi “Qarabağ”), Ruslan Abışov (“Neftçi”), Ürfan Abbasov (“Qəbələ”), Tural Axundov (“Sumqayıt”), Rahil Məmmədov (“Səbail”), Şəhriyar Rəhimov (“Kəpəz”), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namik Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Asif Məmmədov (“Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi “Sumqayıt”), Araz Abdullayev (“Anortosis”, Kipr), Dimitri Nazarov (“Aue”, Almaniya);
Hücumçular: Amil Yunanov (“Sumqayıt”), Ruslan Qurbanov (“Qəbələ”).
Qeyd edək ki, millimiz martın15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq.
Martın Azərbaycan yığması 23-də Bakı Olimpiya Stadionunda Belarus, 27-də isə Antalyadakı “Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək.