b3035cec-a01b-473d-90dc-0006d3bf46c2..jpg

Qurban Qurbanov: “Bu gün əsl futbol ab-havası var idi”

Baxış sayı: 504 dəfə baxılıb.

Qurban Qurbanov: “Bu gün əsl futbol ab-havası var idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azarkeşlərə təşəkkür edirəm. Bu gün əsl futbol ab-havası var idi. Oyunçulara
da minnətdarlığımı bildirirəm”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
Bakıda Almaniyanın “Bayer 04” klubu ilə 2:2 hesablı heç-heçə etdikləri Avropa
Liqasının 1/8 final mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis görüşün sonlarında futbolçularda yorğunluğun hiss
edildiyini bildirib:

“Qələbə də qazana bilərdik. Avropa ölkələrində rəhbərlər, futbolçular dəyişir,
amma mexanizm davam edir. Bu önəmlidir. Bizim üçün asan deyil. Daha möhkəm
olmaq üçün atacağımız addımlar vacibdir. Hər halda Almaniya futbolu bu gün
bizdən öndədir. 10-15 ildən sonra hansısa nəticəni verə bilərik. Məncə ölkələri
müqayisə etməyək, işimizi yaxşılaşdırmağa çalışaq”.

Baş məşqçi məyus olmadığını vurğulayıb:

“Səfərdəki matça daha ciddi hazırlaşmalıyıq. Oyunçuların daha sağlam və
hazırlıqlı olması önəmlidir. Böyük uğurlar üçün nəhəng klublara da qalib gəlmək
lazımdır. Haradasa bu səviyyəyə yaxınlaşa biləcəyik”.

Source link