bd1953aa-8d02-461a-87bb-4671dbd834ed..jpg

Qurban Qurbanov: “Bu gün hər şey gözəl sonluqla başa çatdı”

Baxış sayı: 448 dəfə baxılıb.

Qurban Qurbanov: “Bu gün hər şey gözəl sonluqla başa çatdı”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Futbolçuları, azarkeşləri təbrik edirəm. Daha əvvəl bu şans əlimizdən
qaçmışdı. Bu gün hər şey gözəl sonluqla başa çatdı”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
Bakıda İsveçin “Hakken” komandasına 2:1 hesabı ilə qalib gəldikləri Avropa
Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, bu cür uğur əldə etmək Azərbaycan futboluna
təkan verəcək:

“Yaxşı komandaların Bakıya gəlməsi ancaq ölkə futboluna fayda verə bilər”.

Qurbanov doqquz il əvvəl də Bakıda eyni uğura çox yaxın olduqlarını söyləyib:

“Həmin matç daha yaxşı formalaşmağımıza kömək oldu. Böyümək üçün bunları
soyuqqanlı qəbul etməliyik”.

Təcrübəli baş məşqçisi pley-offdakı rəqiblərin ciddi olduğunu vurğulayıb:

“Həmin qarşılaşmalara ciddi hazırlaşmaq və layiqli mübarizə aparmaq istəyirik”.

Qeyd edək ki, “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasında pley-offa yüksəlib.

Source link