bf45d397-f236-4aa2-ab62-953365b4efe6..jpg

Qurban Qurbanov cəzalandırıldı, “Qarabağ”a xəbərdarlıq edildi

Baxış sayı: 434 dəfə baxılıb.

Qurban Qurbanov cəzalandırıldı, “Qarabağ”a xəbərdarlıq edildi

AFFA İntizam Komitəsi “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovu bir oyunluq
cəzalandırıb.

Peşəkar Futbol Liqasından verilən məlumata görə, buna 51 yaşlı mütəxəssisin
səfərdə “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri Premyer Liqanın VII turunun
oyununda ikinci sarı vərəqəni alaraq texniki zonadan qovulması səbəb olub.

Ağdam təmsilçisi buna görə 1000 manat cərimələnib. Komandanın müdafiəçisi
Kevin Medina 2-si şərti olmaqla 4 oyunluq cəzalanıb. Kolumbiyalı futbolçu
təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə alıb. Sınaq müddəti 3 ay təyin
edilib.

“Qəbələ”nin məşqçisi Rasim Ramaldanov 2 matçlıq cəzaya məruq qalıb. Mütəxəssis
həmin qarşılaşmada meydana daxil olaraq rəqib futbolçuya aqressiv şəkildə
təzyiq göstərdiyi üçün cəzalanıb. Əyalət təmsilçisi bu səbəbdən 1000 manat
ödəməli olacaq. Bundan başqa, meydan sahibləri 5 üzvü sarı vərəqə aldığı üçün
əlavə 700 manat ödəyəcək.

İntizam Komitəsi “Qarabağ”a xəbərdarlıq edib. Ağdam klubunun azarkeşləri 88-ci
dəqiqədə rəsmi şəxslərin ünvanına qeyri-etik ifadələr səsləndiriblər.

Source link