Qurban Qurbanov dünya reytinqində səkkiz pillə irəlilədi

Baxış sayı: 3. 133 dəfə baxılıb.

Qurban Qurbanov dünya reytinqində səkkiz pillə irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, siyahıda yer alan millimizin və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 1077 xalla 461-ci pillədə yer alıb.

Qurbanov ötən həftə ilə müqayisədə səkkiz pillə irəliləyib.

Tomas Tuxel, Karlo Ançelotti, Andrea Stramaççioni, Marselo Byelsa, Nunu Eşpiritu Santu, Alan Pardyu, Ərtuğrul Sağlam, Klod Makelele, Petit, Murat Yakın, Pol Lambert, Andre Villaş-Boaş kimi mütəxəssislər Qurban Qurbanovdan sonrakı pillələri tuturlar.

Qeyd edək ki, cədvələ “Barselona”nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. Onu “Real”ın sabiq çalışdırıcısı Zinəddin Zidan izləyir. III pillədə  “Atletiko”nun baş məşqçisi Dieqo Simeone qərarlaşıb.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com