b9647226-5718-43dd-a284-0cc721f36c4f.png

Qurban Qurbanov: “Ən xırda hərəkətə qırmızı vərəqə və penalti verilməməlidir”

Baxış sayı: 32 dəfə baxılıb.

“Əfsuslar olsun ki, məğlub olduq”.

Cixisyolu.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda
“Ayaks”a (Niderland) 0:3 hesablı məğlubiyyəti şərh edib:

“Oyuna pis hazırlaşmamışdıq. Gördüyünüz kimi, matça çox yaxşı başladıq. Ən xoş
olmayan odur ki, oyunçular qırmızı vərəqə aldılar. Hakimlər Azərbaycana pozitiv
düşüncə ilə gəlsələr, daha yaxşı olar. Ən xırda hərəkətə qırmızı vərəqə və
penalti verilməməlidir. Növbəti matçlarda futbolçu sayı azalırsa, bu, daha
pisdir. Böyümək üçün biz müəyyən mərhələləri keçməliyik. Azarkeşlərə təşəkkür
edirəm. İnşallah komanda bu cür davam etsə, futbolçular cəsarəti qoruyub
saxlasalar, daha yaxşı nəticələr əldə edə bilərik. Bir daha vurğulamaq
istəyirəm ki, “Ayaks” kimi komandanın Bakıda olması bizim üçün böyük
üstünlükdür”.

Qeyd edək ki, “Qarabağ” Bakıda “Ayaks”a 0:3 hesabı ilə məğlub olub.

Anar Həsənov

Source link