7b9a060a-aa08-4b84-9110-1e79fcc0a5a6.jpg

Qurban Qurbanov: “İkinci hissə başlayan kimi qol buraxmaq oyunçulara təsir etdi”

Baxış sayı: 268 dəfə baxılıb.

“Hazırda komandada idmandan uzaq olan futbolçular var və növbəti görüşlərdə
toparlanmağa çalışacağıq ki, azarkeşləri qələbə ilə sevindirək”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda İsveçin “Malmö” komandasına 1:2
hesabı ilə məğlub olduqları II tur oyunundan sonra təşkil olunan mətbuat
konfransında deyib.

“İstəməzdim belə məğlub olaq. Rəqibi təbrik etmək lazımdır. Bəlkə də layiqli
qələbə əldə etdilər. Dünən də qeyd etmişdim ki, fərqli oyun tərzləri var.
İkinci hissə başlayan kimi qol buraxmaq oyunçulara təsir etdi. Daha yaxşı oyun
göstərə bilərdik, amma alınmadı. Bəllidir ki, komanda əvvəlki oyunundan
uzaqlaşıb. Növbəti görüşlərdə daha yaxşı təsir bağışlamağa çalışacağıq. Hazırda
komandada idmandan uzaq olan futbolçular var və növbəti görüşlərdə toparlanmağa
çalışacağıq ki, azarkeşləri sevindirək. Növbəti qarşılaşmalarda daha diqqətli
oyun nümayiş etdirməliyik”.

Anar Həsənov

Source link