1beac236-3930-4d12-b128-ba0a2d6d8c1d..jpg

Qurban Qurbanov: “İngilis hakimə yaraşmayan “qırmızı” idi” – VİDEO

Baxış sayı: 549 dəfə baxılıb.

Qurban Qurbanov: “İngilis hakimə yaraşmayan “qırmızı” idi” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İngilis hakimə yaraşmayan qırmızı vərəqə oldu”.

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8
finalında “Bayer”ə (2:3) məğlubiyyətdən sonra hava limanında jurnalistlərin
sualına cavab olaraq deyib.

“Epizodlara baxdım. İngilis hakimə yaraşmayan “qırmızı” oldu. Bəlkə də bunu
İngiltərə Premyer Liqasında cərimə zərbəsi kimi qiymətləndirməzdilər. Amma söz
sahibi o idi. Qərar belə verildi. Oyundan sonra heç kimə etiraz bildirmək
düzgün olmazdı. Hər kəs fərqli emosiyada idi. Futbolçularım diqqətli
olmalıdırlar”.

Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” qarşılaşmasının 62-ci dəqiqəsində
ağdamlıların heyətində Elvin Cəfərquliyev birbaşa qırmızı vərəqə qalıb.

Source link