Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasının Kosovo ilə oyunundan sonra fikirlərini bildirib.
ÇıxışYolu.Com xəbər verir ki, o görüş haqda bunları deyib:
“Dediyim kimi, çətin oyun oldu. İstədiyimizi tam reallaşdıra bilmədik. Amma ikinci hissədə əvəzetmələrlə oyunu dəyişdirə bildik. Əvəzetmələrdə formada olan oyunçuları meydana buraxdım. Futbolçularım çox məsuliyyətli oynadılar. Nəzərə alaq ki, onların (rəqibin-red.) heyətində Avropada oynayan futbolçular var.
Cavid İmamverdiyevin Malta ilə oyuna kimi tam hazır olacağını deyə bilmərəm. Düşünmürəm ki, rəqibi düz analiz etməmişdik. Hələ indidən bizim qrupda nəyinsə həll olunduğu demək tezdir”.
Qeyd edək ki, millimiz Millətlər Liqasında ilk oyununu Kosovoya qarşı keçirib, matçda hesab açılmayıb.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com