Qurban Qurbanov: İstəmərəm oyunçu haqda bu cür söz-söhbət səslənsin

Baxış sayı: 2. 724 dəfə baxılıb.

Qurban Qurbanov: İstəmərəm oyunçu haqda bu cür söz-söhbət səslənsin

Topaz Premyer Liqasının XII turu çərçivəsində 1:1 hesabı ilə başa çatan “Qarabağ” – “Sabah” qarşılaşmasından sonra meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. 

ÇıxışYolu.Com xəbər verir ki, millinin də “sükanı arxasında” dayanan mütəxəssis qapıçı Kamran Ağayevin zədəsi barəsində son günlər yayılan fikirlərə münasibət bildirib:

“İstəmərəm hansısa oyunçu haqda bu cür söz-söhbət səslənsin. Zədə hər bir futbolçuda ola bilər. Həkim müayinəsi etdilər. Ola bilər mikro zədə olsun, ciddi bir şey olmasın, amma futbolçu ağrılar hiss etsin. 

Zədələnməsinə, oynamamasına görə heç narahat deyiləm. Yəqin ki, sizi maraqlandıran səfərə yollanmamasıdı. Bunu buraxaq futbolçunun ixtiyarına. Bütün hallarda, istəmərəm futbolçularımın üzərinə çox gedilsin. Bu, ən sevmədiyim fikirlərdir”. 

Qurban Qurbanov həmçinin “Keşlə”nin baş məşqçisi Tərlan Əhmədovun bu gün səsləndirdiyi fikirlərə də münasibət bildirib:

“Təxribatdan həmişə kənar olmağa çalışmışam. Tərlan Əhmədovla eyni dövrdə oynamışıq. Hər zaman öz işimlə məşğul olmağa çalışmışam. Heç kimin işini müzakirə etməmişəm.  Hamıya yalnız dəstək olmağa çalışmışam. Bütün hallarda, heç kim haqda pis fikirdə olmamışam və olmuram. Daim çalışmışam işimi görüm”.

www.ÇıxışYolu.Com