Qurban Qurbanov: “Komandalarımızın maliyyə probləmləri var”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Liqada çıxış edən komandalarımızın maliyyə probləmləri var”.
Cixisyolu.com xəbər verir ki, bunu AFFA-nın İcraiyyə Komitəsinin iclasından sonra
jurnalistlərə açıqlamasında “Qarabağ” Futbol Klubunun baş məşqçisi Qurban
Qurbanov deyib.
“Önəmli mövzular müzakirə olundu. Yekun qərar isə komanda sayının
artırılmaması oldu. Səbəb isə aşağı liqadakı komandaların maliyyə
məsələləridir. “Qəbələ” klubunun liqanı tərk edəcəyi dəqiqləşdi. Hətta
deyərdimki hazırda. Premyer Liqada çıxış edəcək komanda isə 1-ci liqada çempion
olan komanda olacaq”, – deyə Qurban Qurbanov qeyd edib.
Anar Həsənov