48786c86-46b9-4ae6-9374-7e5449afa2c8.webp

Qurban Qurbanov: “Mənə kim sifariş edə bilər ki?”

Baxış sayı: 32 dəfə baxılıb.

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan millisinin direktoru İlqar
Qurbanovun “Əvvəl milliyə sifarişlə futbolçular cəlb olunurdu” açıqlaması ilə
bağlı ona ünvanlanan suala cavab verib.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli mütəxəssis millidə baş məşqçi kimi
çalışdığı dönəmdə belə bir şeylə üzləşmədiyini bildirib:

“Məni düz anlayın. Mən qeyri-ciddi fikirlərə önəm vermirəm. Bu danışıqlar
sovet düşüncəsidir. Bacarıqlı futbolçuya görə heç kim zəng etmir. Mən belə şey
görməmişəm, şahidi olmamışam. Belə fikirlər insanları futboldan uzaqlaşdırır.
Mənə kim sifariş edə bilər ki? Verilişə baxmamışam. İlqarı görəndə soruşaram.
Bəlkə mənə deyər ki, kimlər sifarişlə çağırılıb”.

Source link