20814abd-bb8e-43df-9f11-d77c837054d1.jpg

Qurban Qurbanov: “Mən elə biri deyiləm ki, gecə klublarına gedən ətrafım olsun”

Baxış sayı: 258 dəfə baxılıb.

“Bəzən futbolçuların şikayətlənirlər ki, tələblər çoxdur”.

Cixisyolu.com xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA
Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində “Ayaks”la (Niderland)
keçiriləcək matçdan öncə təşkil edilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, komandasında istənilən futbolçuya qarşı
tələbkardır:

“Ümumən klubda ən məsuliyyətli şəxs mənəm. Tələbkar olmağıma gəldikdə, bu,
belə də olmalıdır. Biz onu elə bir formada edirik ki, futbolçu inciməsin.
Düzünü desəm, mənim gecə klublarında olacaq qədər ətrafım yoxdur. İnanın ki,
biz bəzən futbolçuların şikayətini eşidirik. Deyirlər ki, tələblər çoxdur.
Ancaq müəyyən vaxt keçəndən sonra başa düşürlər ki, bizim istədiklərimiz
onların yaxşılığı üçündür. Bu gün istənilən futbolçunu yoldan çıxarmaq asandır.
Xüsusilə də uğurlu futbolçuları. Bu tələblər olmasa, uğurlu nəticə əldə etmək
olmaz”.

Qeyd edək ki, “Ayaks” və “Qarabağ”ın sabiq futbolçusu Raydel Pupon Niderland
mətbuatına geniş müsahibəsində Qurban Qurbanovun tələbkarlığı barədə ətraflı
danışıb. 37 yaşlı futbol veteranı mütəxəssisin oyunçularını daim nəzarətdə
saxladığını, hətta onun gecə klublarında futbolçuları izləyən adamları olması
haqda eşitdiyini də iddia edib.

Anar Həsənov

Source link