8394a31e-ee31-4a56-886c-ea2bc8e55e2f..jpg

Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcək

Baxış sayı: 1. 098 dəfə baxılıb.

Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcək

Türkiyənin “Qalatasaray” klubu ilə xeyriyyə oyunu keçirəcək “Qarabağ”ın
oyundan öncə mediaya açıq məşqi və baş məşqçi Qurban Qurbanovun brifinqi
nəzərdə tutulub.

Klubun rəsmi saytının məlumatına görə, martın 25-də saat 16:45-də Bakı
Olimpiya Stadionunda Qurban Qurbanovun brifinqi keçiriləcək.

Saat 17:00-da isə “Qarabağ”ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Qeyd edək ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda
keçiriləcək.

Source link