a2906114-16d9-4536-8cea-ea1f4cf74552..jpg

Qurban Qurbanov “Qarabağ”da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb

Baxış sayı: 491 dəfə baxılıb.

Qurban Qurbanov “Qarabağ”da baş məşqçi kimi 400-cü qələbəsini qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qarabağ” Qurban Qurbanovun baş məşqçiliyi altında 400-cü qələbəsini qazanıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununa
təsadüf edib.

Ağdamlılar səfərdə “Sabah”ı 7:1 hesabı ilə məğlubiyyətə uğradıblar. 2008-ci
ilin yayından “Qarabağ”ın baş məşqçisi olan Qurbanovla ilk uğur 2008/2009
mövsümündə qeydə alınıb.

Həmin vaxt bölgə təmsilçisi Premyer Liqanın “Bakılı” ilə görüşündə 2:1 hesabı
ilə qalib gəlib.

Qeyd edək ki, “Sabah” üzərində qələbə “Qarabağ”ın mövsümdə 25-ci uğuru olub.
Qurbanovun yetirmələri Premyer Liqada 15, avrokuboklarda 8, ölkə kubokunda iki
dəfə rəqiblərinə qalib gəlib.

Source link