Çempionlar Liqasının I təsnifat mərhələsinin “Qarabağ” – “Olimpiya” oyunundan sonra mətbuat konfransı keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.
O, çox yaxşı komandaya qarşı oynadıqlarını söyləyib:
“Yaxşı komandaya qarşı oynadıq. Bundan sonrakı oyunlarımız belə çətin olacaq. Rəqibin baş məşqçisini də təbrik edirəm. Onunla söhbət etdim. Hiss olunur ki, yeni gəldiyi komandaya yeni nəfəs gətirib.
Dani Kintananın durumu haqqında indidən nə isə deyə bilmərəm. Əzələsini dartdı. Amma növbəti oyunda çıxış edəcəyini düşünürəm.
Növbəti turdakı rəqibimiz “Kukesi” haqqında yaxın iki gün ərzində məlumat toplamağa çalışacağam. Amma nə isə qaranlıq qalsa, ötən mövsüm orda oynamış Rauf Əiyevə müraciət edə bilərəm”.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com