ba8437ca-1238-47ec-8612-9e84f1401349..jpg

Qurban Qurbanov səs verib

Baxış sayı: 542 dəfə baxılıb.

Qurban Qurbanov səs verib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əməkdar məşqçi, “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov
prezident seçkisində səsvermə hüququndan istifadə edib.

“Report”un məlumatına görə, o, 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1
saylı Bakı Tibb Kollecində yerləşən 2 saylı seçki məntəqəsində səs verib.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkisi keçirilir.
Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham
Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə
Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının
prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının
prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi
Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü
tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparır.

Source link