Millimizin sabiq baş məşqçisi Qurban Qurbanov AFFA-nın onunla bağlanan müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə təzminat almayıb.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında millinin sabiq mətbuat katibi Elman Himayətoğlu bildirib:
“Bildiyim qədəri ilə, İcraiyyə Komitəsinin iclasında təzminat söhbəti olmayıb. Amma olsaydı belə, Qurban müəllim bunu istəməzdi. Bütün hallarda Qurban Qurbanov AFFA-dan təzminat tələb etməyib”.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin ötən həftə baş tutmuş iclasında Qurban Qurbanovla bağlanmış altı illik müqaviləyə xitam verilib.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com
ÇıxışYolu.Com yeniləndi!