09147dbb-bb1f-4069-b952-76e747bb8d09..jpg

Qurban Qurbanov ümidləri doğrultmayan fransalı futbolçunun “qələmini qırdı”

Baxış sayı: 542 dəfə baxılıb.

Qurban Qurbanov ümidləri doğrultmayan fransalı futbolçunun “qələmini qırdı”

Adama Diakabi “Qarabağ”ı tərk edə bilər.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, fransalı vinger komandanın baş məşqçisi
Qurban Qurbanovun gələcək planlarına daxil deyil.

Bu barədə oyunçuya məlumat verilib. Ona bildirilib ki, klubun planlarında yer
almır və heyətə düşmək şansı azdır. Diakabi komanda tapa bilsə, azad agent kimi
Ağdam təmsilçisini tərk edəcək.

27 yaşlı futbolçu bu ilin əvvəlindən “Qarabağ”ın üzvüdür. Ümidləri
doğrultmayan və tez-tez zədələnən Diakabi ötən mövsüm qol vura bilməyib. Bu
mövsüm avrokubok oyunlarında əsasən ehtiyatda qalan, çempionat matçlarında şans
qazanan irəli xətt oyunçusu Premyer Liqada iki dəfə fərqlənməyi bacarıb.

Faiq Tahirov

Source link