e80921d5-c6cc-46d8-9a6a-ff258faeb1fe..jpg

Qurban Qurbanov: “Vacib oyuna çıxacağıq”

Baxış sayı: 769 dəfə baxılıb.

Qurban Qurbanov: “Vacib oyuna çıxacağıq”

“Çox vacib oyuna çıxacağıq. İkinci dəfə bu turnirin pley-off mərhələsində
olacağıq. Ötən ilkindən daha yaxşı nəticə qazanmaq istəyirik”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov
Bakıda Belçikanın “Gent” klubuna qarşı keçirəcəkləri UEFA Avropa Liqasının
pley-off mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bütün futbolçuların oyuna hazır olduğunu bildirib:

“Rəqib sürətli oyunçulara malikdir və 90 dəqiqə meydanda yaxşı pressinq
edirlər. Maraqlı oyun alınacaq. Yaxşı nəticə ilə azarkeşləri sevindirmək
istəyirik. Bu rəqibə qarşı bəzi risklərə getməliyik. Hər zonada həddindən artıq
diqqətli olmalıyıq. Qarşıda cavab görüşü də var”.

Qeyd edək ki, fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda
keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq. Cavab görüşü fevralın 23-də
Gentdə olacaq.

Source link