Qurban Qurbanovdan iclasa gecikən futbolçu ilə bağlı - QƏRAR

Qurban Qurbanovdan iclasa gecikən futbolçu ilə bağlı – QƏRAR

Baxış sayı: 2. 420 dəfə baxılıb.

Milli komandamızın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Elvin Yunuszadəni bağışlayıb. 

ÇıxışYolu.Com xəbər verir ki, millimizin Belarusla keçirilən yoxlama oyunundan öncəki iclasa gecikdiyi üçün heyətdən kənarlaşdırılan və “Qarabağ”ın əvəzedici komandasına göndərilən oyunçunun cəza müddəti başa çatıb. 

O, iki həftədən sonra yenidən əsas komandaya qaytarılıb. Mərkəz müdafiəçisi artıq əsas komandanın məşqində iştirak edir.   

Qeyd edək ki, Elvin Yunuszadə ilə yanaşı, millimizin digər futbolçusu Araz Abdullayev də həminki iclasa gec qatılıb. Lakin Araz millimizin düşərgəsindən kənarlaşdırılmayıb. 

S.T.
www.ÇıxışYolu.Com