586f7ec3-e629-453a-9f84-2ed67b4b9646..jpg

Qurban Qurbanovdan rəqib komandaya jest: Həmkarına hədiyyə bağışladı

Baxış sayı: 404 dəfə baxılıb.

Qurban Qurbanovdan rəqib komandaya jest: Həmkarına hədiyyə bağışladı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı
olacaq “Bayer” dünən gecə saatlarında Bakıya gəlib. Ağdam klubunun baş məşqçisi
Qurban Qurbanov Leverkuzen təmsilçisinin düşərgəsinə sürpriz səfər edib və
rəqib komandanın baş məşqçisi Xabi Alonso ilə görüşüb.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

Bildirilib ki, Qurban Qurbanov uzun yol qət etmələrinə baxmayaraq, görüşməyə
razılıq verdiyi üçün Alonsoya təşəkkür edib. O, “Bayer”in Bakıya uçuşunun necə
keçdiyi ilə maraqlanıb, onları Bundesliqada dəstəklədiklərini qeyd edib.
Qurbanov qonağa ölkəmizin gözəllikləri, təbiəti, görməli yerləri haqqında
məlumat verib, onu gələcəkdə qeyri-rəsmi səfərə dəvət edib. Alonso səmimi
münasibət və ölkəmizdəki xoş qarşılanma üçün minnətdarlığını bildirib. İspan
mütəxəssis də “Qarabağ”ın ölkə çempionatındakı çıxışını izlədiyini vurğulayıb.

Qurbanov ispaniyalı çalışdırıcıya “Azərxalça” tərəfindən xüsusi hazırlanmış əl
işi olan ipək “Qarabağ” xalçası hədiyyə edib.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək
“Qarabağ” – “Bayer 04” oyunu saat 21:45-də başlayacaq.

Komandalar arasında cavab matçı martın 14-də Leverkuzendə olacaq.

Source link