Bu gün futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib.
ÇıxışYolu.Com xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv yoldaşlıq matçı çərçivəsində Belarus yığmasını qəbul edib.
Bakı Olimpiya Stadionunda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə topu 41-ci dəqiqədə rəqib futbolçu İqor Staseviçin zərbəsindən sonra Maksim Medvedev öz qapısına göndərib.
Bu, millinin 46 yaşlı mütəxəssisin rəhbərliyi altında ilk ev qarşılaşması olub. Yanvarın 30-da Moldova ilə Türkiyənin Antalya bölgəsində keçirilmiş görüş qolsuz yekunlaşıb – 0:0.
Azərbaycan millisi növbəti görüşünü martın 27-də Antalyada Makedoniyaya qarşı keçirəcək.