Qurban Qurbanovun 200-cü qələbəsi

Qurban Qurbanovun 200-cü qələbəsi

Baxış sayı: 1. 954 dəfə baxılıb.

Premyer Liqanın XXV turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.

ÇıxışYolu.Com PFL-ə istinadən məlumat verir ki, “Zirə” ilə görüşdəki 2:1 hesablı qələbə 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub.

Bu oyunadək hesabında 199 qələbə olan Q.Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.

İlk qələbəsini 2006/2007 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda qazanan çalışdırıcı paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi “Qarabağ”da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.

Q.Qurbanov Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidir. O, yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında çıxış etmiş Ağasəlim Mircavadovdan geri qalır.

www.ÇıxışYolu.Com