c1587047-6298-424c-a6c9-657b3f33f042..jpg

Qurban Qurbanovun hərəkəti UEFA-nın iclasında müzakirə olundu

Baxış sayı: 1. 462 dəfə baxılıb.

Qurban Qurbanovun hərəkəti UEFA-nın iclasında müzakirə olundu

AFFA-nın icraçı vitse-prezidenti, UEFA-nın Ədalətli Oyun və Sosial Məsuliyyət
Komitəsinin (Fair Play and Social Responsibility Committee) sədri Elxan
Məmmədov UEFA İcraiyyə Komitəsinin iclasına videokonfrans formatında qoşularaq
rəhbərlik etdiyi komitənin illik fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış
edib.

Cixisyolu.com xəbər verir ki, məruzədə digər məsələlərlə yanaşı, UEFA Avropa Konfrans
Liqası çərçivəsində bu il fevralın 24-də keçirilmiş “Qarabağ” – “Marsel”
oyununda qeydə alınmış “fair play” hadisəsi xüsusi olaraq UEFA İcraiyyə
Komitəsinin üzvlərinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, “Qarabağ” – “Marsel” oyununda Ağdam təmsilçisinin vurduğu qol
hakim tərəfindən qeydə alınmış, baş məşqçi Qurban Qurbanov futbolçularla qısa
dialoqdan sonra referiyə qolun qaydalara uyğun olmadan vurulduğunu bildirmiş və
qol qərarı ləğv edilmişdi. Bu məsələ UEFA-nın Ədalətli Oyun və Sosial
Məsuliyyət Komitəsinin martın 14-də keçirilən iclasında da müzakirə olunmuşdu.

Source link