Antalyanın “Mardan” stadionunda Azərbaycan və Makedoniya milli komandaları arasında keçirilmiş beynəlxalq yoldaşlıq görüşü başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, matç 1:1 hesabı ilə başa çatıb.
Hesabı beşinci dəqiqədə yarımmüdafiəçimiz Riçard Almeyda açıb. O, sərrast penalti zərbəsi ilə topu rəqibin qapısından keçirib.
21-ci dəqiqədə isə hakim komandamızın qapısına penalti təyin edib. Traykovski hesabı bərabərləşdirib.
Milli komanda bundan əvvəl Bakıda Belarusa qarşı keçirdiyi yoldaşlıq matçında məğlub olmuşdu.