Qurban Qurbanovun oğlu ən yaxşı hücumçu seçildi

Baxış sayı: 2. 577 dəfə baxılıb.

Qurban Qurbanovun oğlu ən yaxşı hücumçu seçildi

Qazaxıstanda təşkil olunmuş “Prezident kuboku” turnirinə yekun vurulub. 

ÇıxışYolu.Com xəbər verir ki, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması final qarşılaşmasında Krasnodar Futbol Akademiyasının U-17 komandası ilə qarşılaşıb. 

Oyunun əsas vaxtı 0:0 hesabı ilə başa çatıb. Penalti seriyasında zərbələri daha dəqiq yerinə yetirən rəqib turnirin qalibi olub – 3:0. III yeri isə meydan sahibi Qazaxıstanı 2:0 məğlub edən Tacikistan tutub.

Yığmamızın üzvlərindən Veysəl Rzayev turnirin ən yaxşı yarımmüdafiəçisi, Musa Qurbanlı isə ən yaxşı hücumçusu adına layiq görülüb.

Qeyd edək ki, Musa Qurbanlı Qurban Qurbanovun oğludur.

Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com