17 yaşadək futbolçulardan ibarət millimiz (U-17) Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.
ÇıxışYolu.Com xəbər verir ki, Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib.
Səkkizinci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Skandinaviyalılar ilk üç qolu 18, 19 və 20-ci dəqiqədə vurub.
Komandamızın heyətində yeganə qola millimiz və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı imza atıb.
Qeyd edək ki, U-17-nin mübarizə apardığı qrupda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.
Səbuhi MUSAYEV
www.ÇıxışYolu.Com