bfa4f88b-9d9d-4623-8e4e-0f52a62f2d74..jpg

Qurban Yetirmişli Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlamasına aydınlıq gətirdi

Baxış sayı: 558 dəfə baxılıb.

Qurban Yetirmişli Celal Şengörün Azərbaycanda zəlzələ olacağı ilə bağlı
açıqlamasına aydınlıq gətirdi

“İstanbul Texniki Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı
Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə 00:01-də zəlzələ olacağını demişdi?
Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran, Çində zəlzələlər olacaq. Olanda
deyərsiniz demişəm”.

Cixisyolu.com-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Xəzər
dənizində baş verən zəlzələyə dair keçirdiyi mətbuat konfransında bildirib.

“Fevralın 6-da Türkiyənin bir sıra bölgələrində zəlzələ olandan sonra
İstanbulda zəlzələ olacağı deyildi. 20 milyonluq şəhər əhalisi zəlzələ anını
oturub gözləməlidir? Bu, absurddur. Ona görə deyirəm ki, şayiələrə inanmayın”,
– deyə o qeyd edib.

Xatırladaq ki, türkiyəli akademik, dünya şöhrətli geoloq, İstanbul Texniki
Universitetinin Avrasiya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengör
Azərbaycanda 7,5 bal gücündə zəlzələ olması ehtimalını qeyd etmişdi.

İlhamə Əbülfət

Source link