Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya bir pley-off matçı kimi meydana çıxacağıq.
ÇıxışYolu.Com xəbər verir ki, bu bəyanatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA-nın keçirdiyi püşkatmadan sonra səsləndirib.
Qurbanov Çempionlar Liqasının I təsnifat mərhələsində ağdamlıların rəqibi olacaq Sloveniya “Olimpiya”sı haqqında öz fikirlərini bölüşüb
46 yaşlı mütəxəssis artıq bu gündən Lyublyana komandasının oyun üslubunu təhlil etməyə başlayacaqlarını açıqlayıb:
“Oyuna qədər maksimum hazır olmağa və mərhələ adlamaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.