Qurbanov: Emeqaranın olmaması bizim üçün itkidir

Baxış sayı: 2. 519 dəfə baxılıb.

Qurbanov: Emeqaranın olmaması bizim üçün itkidir

Sabah bizi meydanda çətin rəqib gözləyir. Hər iki komandanın avrokuboklarda qrupa qalmaq üçün son şansıdır. Ona görə də hamı bu şansdan istifadə etməyə çalışacaq. Mövsümün əvvəlində hədəfimiz avrokuboklarda qruplara qalmaqdan ibarət idi. Ancaq azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni etməyə çalışacağıq.

ÇıxışYolu.Com xəbər verir ki, bu sözləri Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” klubuna qarşı səfər oyunu öncəsi mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi bildirib ki, məğlub olsalar da, buna peşəkar biri kimi yanaşacaqlar:

“Ötənilki “Şerif”lə builki arasında böyük fərq var. Komandanın yeni baş məşqçisi var, bu da yeni oyun fəlsəfəsi deməkdir. Daha çox topla oynayan bir komandaya qarşı mübarizə aparacağıq. 

Emeqaranın olmaması bizim üçün itkidir. Amma biz bu oyuna Emeqarasız hazırlaşmışıq. Heyətdə də bəzi problemlər var. Buna baxmayaraq, oyuna hazırlaşmışıq”.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com