Qurbanov: Şeydayev bu oyuna istəksiz yanaşdı

Qurbanov: Şeydayev bu oyuna istəksiz yanaşdı

Baxış sayı: 2. 132 dəfə baxılıb.

Azərbaycan Premyer Liqasının “Kəpəz” – “Qarabağ” oyunundan sonra Qurban Qurbanovun iştirakı ilə mətbuat konfransı keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, Qurbanov Ramil Şeydayevin qol vurmasına dair bu fikirləri bildirib:

“Mahir Mədətovun forması qaydasında deyildi. Ona görə onu heyətə salmamışdım. Əsas heyətdə oynayan Ramil Şeydayevin qol vurması sevindiricidir. Əvəzedici heyətdə son 2 oyunda qol vurmuşdu. Amma bir oyunda qol vurması onun əsas heyətdə yer alması anlamına gəlmir. Çünki o bu oyunda bəzi şansları əldən verdi. İstəksiz yanaşdı.

Xama Biliata gəlincə, qışda ona təklif göndərsək də, keçidi alınmadı. Ona yeni təklif isə göndərməmişik”.

Qeyd edək ki, bu oyunda Ağdam klubu 1:0 qalib gəlib.

Səbuhi TOFİQOĞLU

www.ÇıxışYolu.Com