Qalmaqallı və səs-küylü “Maşın” realiti şousunun növbəti səsvermə günü keçirilib.
ÇıxışYolu.Com xəbər verir ki, bu dəfə qutuya ən çox fotosu atılan şəxs reper Qurd olub.
Sənətçinin istəyi ilə 8 nəfər iştirakçı ona səs verib.
Qurd günorta saatlarında qadınları çıxarmayacağını desə də, səsvermə zamanı İlhamə Bədəlovanın hədəfi olduğunu deyib.
Şou zamanı Roza Zərgərli, Fira Cəlilova, Hüseyn Əzizoğlu və Rahidə Baxışova Qurda dəstək olub.
Şounun sonunda Qurd 48,38 % səs toplayaraq “pəncə”sinə heç kimi keçirə bilməyib və yarışmadan uzaqlaşıb.
.
FOTO: Elbrus Musayev