Türkiyədə – Quşadasında iki azərbaycanlı qadın fahişəlik edərkən yaxalanıb.
ÇıxışYolu.Com İHA-ya istinadən xəbər verir ki, qadınlarla birlikdə hotel sahibi və resepşn əməkdaşı da məsuliyyətə cəlb edilib.
Əldə edilən məlumata görə, polisə bildirilib ki, qadınlar Quşadasında Cümə Bazarı adlanan yer yaxınlığındakı bir pansiyondadırlar.
Onlar “iş başında” yaxalanıb. Qadınlar sağlamlıq müayinəsindən keçdikdən sonra Miqrasiya Bürosuna göndəriliblər. Onlar Türkiyədən deportasiya ediləcək.