78d8bdbc-c2cf-4e6f-8c3c-f6464ea6fbf7..jpg

Qusarda 22 hektar meşə torpağının təyinatı dəyişdirildi, cinayət işi başlandı

Baxış sayı: 512 dəfə baxılıb.

Qusarda 22 hektar meşə torpağının təyinatı dəyişdirildi, cinayət işi başlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda baş vermiş ekoloji hüquqpozmalar və digər qanunsuzluqlarla bağlı
cinayət işi başlanıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, ətraf mühitin qorunması və ekoloji vəziyyətin
yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkəmizin dayanıqlı inkişaf
strategiyasının mühüm tərkib hissəsidir və bu məqsədlə mövcud ekoloji
problemlərin aradan qaldırılması, o cümlədən yaşıllıqların qorunması və bərpası
naminə genişmiqyaslı işlər görülür.

Kompleks tədbirlərin davamı kimi, bu sahədə yol verilən qanun pozuntularının
aşkar olunaraq qarşısının alınması və profilaktikası daim diqqət mərkəzində
saxlanmaqla, təbiətin mühafizəsinin təkmilləşdirilməsi ilə bağlı prioritetlər
üzrə dövlət qurumları, o cümlədən hüquq-mühafizə orqanları tərəfindən birgə
fəaliyyət həyata keçirilir.

Belə ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş
məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.

Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə
edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar torpaq
sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin
torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun
ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına
yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara
satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların
qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı
şübhələr müəyyən edilib.

Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları,
fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar
və toplanmış digər sənədlərlə təsdiq olunub.

Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan
vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır
nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai
istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş
İdarəsinə tapşırılıb.

Cinayət işi nəzarətdə saxlanmaqla görülmüş tədbirlər, eləcə də ibtidai
istintaqın gedişatı və nəticəsi barədə ictimaiyyətin məlumatlandırılması təmin
ediləcəkdir.

Source link