c9f99631-7c69-44ab-92bd-de2d7f3fb78e..jpg

Qusarda bayram günlərində avtoxuliqanlıq edən şəxs saxlanılıb – VİDEO

Baxış sayı: 675 dəfə baxılıb.

Qusarda bayram günlərində avtoxuliqanlıq edən şəxs saxlanılıb – VİDEO

Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları
tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında
avtoxuliqanlıq edən sürücü saxlanılıb.

Cixisyolu.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba
regional qrupundan verilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları
tərəfindən rayon ərazisində hərəkətdə olan “Niva” markalı avtomobilin
sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna və digər hərəkətdə
olan avtomobillər üçün real təhlükə yaratdığına görə “Saxla” işarəsi verilib.

Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, rayon sakini Anar Babayevin
sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin həmin şəxsin narkotik
vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yarandığından onun
müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib.

Müayinənin nəticəsinə əsasən, A.Babayevin narkotik vasitə olan marixuana
istifadə etdiyi məlum olub.

Həmin şəxsin barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib olunub və
baxılması üçün Qusar Rayon Məhkəməsinə göndərilib.


Source link