ee745460-b754-408a-ade1-9eb451022a5c..jpg

Qusarda dağlıq ərazidə yanğın olub – FOTO/VİDEO

Baxış sayı: 478 dəfə baxılıb.

Qusarda dağlıq ərazidə yanğın olub – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun
Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil
olub.

Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, dərhal FHN-nin Dövlət
Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri
çağırış üzrə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq
ərazidə baş vermiş yanğın genişlənərək böyük sahəyə yayılmasına imkan
verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində altı hektar sahədə quru ot və kol-kos yanıb. Meşə zolağı
yanğından mühafizə olunub.

Source link