Qusarda rəqs etmək üstündə qohumunu öldürənə cəza verildi

Qusarda rəqs etmək üstündə qohumunu öldürənə cəza verildi

Baxış sayı: 4. 786 dəfə baxılıb.

Qusarda rəqs etmək üstündə qohumunu öldürənə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində rəqs etmək üstündə qətl törətməkdə təqsirləndirilən Səlim Mirzəbəyovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, S.Mirzəbəyov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyulun 8-i gecə saatlarında Qusar rayonunda qətl hadisəsi törədilib. Hadisə rayonun Gedəzeyxur kəndində qeydə alınıb.

Kənddə keçirilən toy mərasimi zamanı, gecə saat 23:30 radələrində dava düşüb. Xalid adlı kənd sakininin oğlunun toyuna Bakıdan qonaq gəlmiş 30 yaşlı İlham İslam oğlu Qədirov bıçaqlanıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Etibar Məmmədov
www.ÇıxışYolu.Com