82b56a3d-b6da-41bc-8391-5ce127bb06a2..jpg

Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb – FOTO

Baxış sayı: 507 dəfə baxılıb.

Qusarda tapança satmaq istəyən şəxs saxlanılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda “Makarov” markalı tapança satmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə,
Qusar Rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında polis
əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində 1984-cü il təvəllüdlü Eldar
Əliyev Qusar rayonu Yasab kəndi ərazisində saxlanılıb.

Onun üzərinə baxış zamanı bir ədəd “Makarov” markalı tapança, beş ədəd patron
və daraq aşkar edilərək götürülüb.

Araşdırma zamanı izahatı alınan E.Əliyev tapançanı bir müddət əvvəl Bakı
şəhərində əldə etdiyini və satmaq məqsədi ilə Qusar rayonuna gətirdiyini
bildirib.

Faktla əlaqədar Qusar Rayon Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır.

Source link