Qusarda zəhərlənərək ölən ikinci şəxsin kimliyi bəlli oldu – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Qusarın Mirzə Vəliyev küçəsində yerləşən evlərdən birində zəhərlənərək ölən
ikinci şəxsin də kimliyi bəlli olub.
“Report”un Şimal bürosunun məlumatına görə, kirayə evlərdən birində
zəhərlənərək ölən şəxs Sakit Yusif oğlu Zeynalovdur.
Qeyd edək ki, Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Şamil Yusif
oğlu Zeynalov, 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov evdə yedikləri
göbələkdən zəhərləniblər. Nəticədə S.Zeynalov ölüb, Ş.Zeynalov isə xəstəxanaya
yerləşdirilib.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza
və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaş olub. Onlar Qusar rayonuna
işləmək üçün gediblərmiş.
Hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq
qurumların əməkdaşları araşdırmalara başlayıb.
14:32
Qusar şəhərində üç nəfər göbələkdən zəhərlənib, onlardan ikisi ölüb.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Mirzə Vəliyev
küçəsində yerləşən evlərdən birində qeydə alınıb.
Burada kirayədə yaşayan Cəlilabad rayon sakinləri, 1980-ci il təvəllüdlü Şamil
Yusif oğlu Zeynalov, 1976-cı il təvəllüdlü Sabir Yusif oğlu Zeynalov və
şəxsiyyəti hələ dəqiqləşdirilən şəxs evdə yedikləri göbələkdən zəhərləniblər.
Nəticədə S.Zeynalov və digər bir nəfər ölüb. Ş.Zeynalov isə xəstəxanaya
yerləşdirilib.
Meyitlər müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza
və Patoloji Anatomiya Birliyinin Qusar Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sabir və Şamil Zeynalovlar qardaşdırlar. Onlar Qusar rayonuna
işləmək üçün gediblərmiş.