“Quşcuğazlar” peşəkar Azərbaycan dublyajı ilə “CinemaPlus”da

“Quşcuğazlar” peşəkar Azərbaycan dublyajı ilə “CinemaPlus”da

Baxış sayı: 2. 546 dəfə baxılıb.

Premium kinoteatrlar şəbəkəsi “CinemaPlus”da 2018-ci ildə “Cinemazadeh” studiyasında Azərbaycan dilində peşəkar dublyaj olunmuş “Quşcuğazlar” İslandiya və Belçika istehsalı olan animasiya filminin  nümayişi baş tutub.

ÇıxışYolu.Com xəbər verir ki, filmi İslam Mehrəliyev, Kəmalə Piriyeva, Əlixan Rəcəbov, Erkin Ergin, Kamran Ağabalayev, Rövşən Məmmədli, Səid Nizami, Zemfira Əbdülsəmədova və Vüsal Hacıqədir səsləndirib.

Dublyajın baş redaktoru Xətai Əli, rejissoru Rövşən Məmmədli, səs rejissoru Azad Vəliyev, ses operatoru Orxan Ağalarov, tərcüməçi Xumar Quluzadə, post prodakşn supervayzeri Vüqar İslamzadə, baş prodüseri Cəfər Axundzadə.

Ailəvi komediya cizgi filminin rejissoru  Arni Asgeirssondu.

Animasiya filmi haqqında qısa məlumat: Rijik adlı balaca quş balası və zahid-kəklik Qayronun sərgüzəşti. Rijik dəstəsindən geri qalıb cənuba uça bilməyəndə tale onlar qovuşdurur.

Rijik qəribə və daim deyinən Qayronu ona, Cənnət vadisi – dağlarda quşların sərt qışı keçirə biləcəkləri gizli yerin yolunu göstərməyə razı salmağa çalışır. Ora gedən yol çoxlu təhkülələr ilə doludur.

 Getdikcə ruhdan düşməyən Rijik köhnə zahidin ürəyini yumşalda bilir. Birlikdə bu cütlük bir-biri üçün dağları yaracaq gücünə malik əsl ailə olurlar.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır. 

www.ÇıxışYolu.Com