Quşların müəmmalı ölümünün səbəbi açıqlandı

Quşların müəmmalı ölümünün səbəbi açıqlandı

Baxış sayı: 2. 527 dəfə baxılıb.

Vaşinqton universitetindən olan tədqiqat qrupu ABŞ-ın qərb sahillərində quşların kütləvi şəkildə tələf olmasını iqlim dəyişikliyi, o cümlədən okeanın su temperaturunun yüksəlməsi ilə əlaqələndirib.

ÇıxışYolu.Com xəbər verir ki, mütəxəssislərin fərziyyəsinə görə, quşların çoxu Sakit okeanda zooplankton miqdarının azalması ilə əlaqədar qida çatışmazlığından ölüb.

Elmi araşdırmanın nəticələri haqqında pres-reliz “Phys.org”da dərc olunub.

Xatırladaq ki, 2014-cü ildə Kaliforniadan Britaniya Kolumbiyası regionuna kimi Sakit okean sahillərində 250-500 minə yaxın aleut quşu tələf olub. Könüllülər leşlərin tapılma yerini və tarixini qeydə alıb, informasiyanı xüsusi elektron məlumat bazasına daxil edib.

Tədqiqatçılar bu məlumatları su temperaturu, okean sikulasiyası və quşların yem bazasının (zooplanktonların) miqdarı haqqında  məlumatlarla birləşdirib.

Araşdırma nəticəsində məlum olub ki, 2013-2015-ci illər ərzində Sakit okean sahillərində suyun səthindəki temperatur qlobal istiləşmə ilə əlaqədar kəskin şəkildə artıb. Zooplanktonlar daha mülayim temperatura üstünlük verdiyindən dərin sulara çəkilib. Nəticədə minlərlə quş qida çatışmazlığı ilə üzləşib.

.
www.ÇıxışYolu.Com