“BMT-nin baş katibi Antonio Quterreş COP29-da iştirak üçün Azərbaycan
hökumətinin dəvətini qəbul edib və o, Azərbaycana səfərə hazırlaşır”.
Bunu BMT sözçüsünün müavini Florensiya Soto Nino “Report”un ABŞ bürosuna
açıqlamasında deyib.
BMT sözçüsünün müavini əlavə edib ki, dünya təşkilatının baş katibi
Azərbaycanın sədrliyi ilə cari ilin 11-22 noyabr tarixlərində ölkəmizdə baş
tutacaq COP29 çərçivəsində Bakıya səfər edəcək və tədbirin açılışında iştirak
edəcək:
“Baş katib COP29 çərçivəsində ən yüksək səviyyəli tədbirlər və müzakirələrə
qatıldıqdan sonra digər səfərə yollanmağı nəzərdə tutulub. Quterreş COP29-un
bağlanış mərasimində iştirak etmək üçün yenidən Bakıya dönəcək”, – sözçü
müavini bildirib.